20 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Yüzlərlə polis əməkdaşı döyüş üçün müraciət edib

24.08.2019

Azərbaycan Ordusunun qələbəsi ilə bitən aprel döyüşləri başlayanda Bakı Polis Qarnizonundan yüzlərlə polis əməkdaşı döyüşə getmək üçün yazılı və şifahi müraciətlər ünvanlayıb.
"Report”un xəbərinə görə, bu barədə məlumat Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) facebook səhifəsində yer alıb.
Belə ki, polis serjantları ilə yanaşı, yüksək rütbəli zabitlər müraciətlər və raportlar yazaraq xidmət yerinin səngərə dəyişdirilməsi ilə bağlı müraciətlərdə özlərini Vətən üçün fəda etməyə hazır olduqlarını bildiriblər: "Səngərdə döyüşən, canını Vətən üçün fəda edən oğullarımızdan artıq olmadıqları həmin müraciətlərin ana xəttini təşkil etmişdir: Azərbaycan Polisi səngərsiz əsgərdir!”