25 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Aparıcı məşhur mağazanı biabır elədi

23.08.2019

Aparıcı "Avanqard gold" adlı mağazanı fırıldaqçılıqda ittiham edib. 
Mağazanın sahibinin onu aldatdığını bildirib: "Qurban bayramı ərəfəsində "Avanqard gold" adlı mağaza oyun keçirərək, izləyicilərindən birinə 350 manatlıq hədiyyə vermək istədi. Təklif məndən gəlmişdi. Qalib olan xanım, günlər keçsə də, hədiyyəsini ala bilmədi. Tələb etdilər ki, xanım özü gəlsin. Qalib iki uşağı ilə Qəbələdən Bakıya gəldi, amma mağaza onu aldatdı və hədiyyə verməkdən imtina etdi. Bəhanə gətirdilər ki, Fira özü gəlsin. Mən Bakıda olmadığım üçün gedə bilmədim. Sonra dedilər ki, mən İnstaqramımda paylaşmamışam. Amma yalan idi, mən paylaşımlar etmişəm. Özü də bir danışmışdıq, dörd post paylaşdım. Onlara demişdim ki, 350 manatlıq dəsti mənə verin, özüm qalibə təqdim edim. Etibar etmədilər, normaldır. Qadını 1 saat mağazada gözlətdirib, ələ salıb, hədiyyəsiz də göndəriblər. Azərbaycan kişisinə yaraşmaz ki, qadını dolasın, ələ salsın. Bundan sonra bütün fırıldaqçıları, haramçılıqla pul qazananları ifşa edəcəyəm".