20 04 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

“Ərdoğanla işləməyi səbirsizliklə gözləyirəm”

23.08.2019

Yunanıstanın Baş naziri Kiriakos Miçotakis Türkiyənin Yunanısatn üçün önəmli bir qonşu və  NATO ortağı olduğunu bildirib.  
 Kiriakos Miçotakis köçkünlərin problemlərinin həllində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə çalışmağı səbirsizliklə gözlədiyini vurgulayıb.
Baş nazir bu barədə Parisdə Fransa Prezidenti Emmanuel Makronla görüşündə deyib. Kiriakos Miçotakis Avropa sığınacaq siyasətinə və Dublin müqaviləsinə dəyişiklik edilməsini vacib sayıb: "Sığınacaq haqqına sahib olanlar Yunanıstanda qala bilər, ancaq bu haqqı əldə edə bilməyənlər Avropa İttifaqı və Türkiyə arasında bağlanan razılaşma əsasında Türkiyəyə geri dönməlidir".