24 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Gənclər xalq şairini ziyarət etdilər - VİDEO

22.08.2019

Bir qrup gənc İsmayıllı rayonunun Buynuz kəndinə gedərək, xalq şairi Musa Yaqubu ziyarət ediblər.
Hazırda şairin vəziyyətinin stabil olduğu, müalicəsini davam etdirdiyi bildirilib.
Şairi ziyarətə gedən gənclərin sözlərinə görə, M.Yaqub yaxşı eşitmir və bu səbəbdən qulağına xüsusi aparat yerləşdirilib:
"Aparat vasitəsilə eşidə bilir, hamı ilə söhbət edir. Qapısına kim gəlsə, içəri dəvət edir. Bizə dedi ki, sizi yenə gözləyəcəyəm, gələrsiniz. Bildirdi ki, yaradıcılığını davam etdirir. Düzdür, özü yazmır, oğlu Şəhriyar və digər ailə üzvlərinə deyir, onlar yazırlar. Amma daha oxuya bilmir. Bizə şeirlərindən bir neçəsini əzbər dedi. Çətinliklə də olsa, qalxıb gəzir”.