20 04 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Peşə təhsili müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayır

22.08.2019

Peşə təhsili müəssisələrinə qəbul olunanların qeydiyyat prosesi bu gündən başlayır.
Təhsil Nazirliyindən "Report"a verilən məlumaya görə, proses avqustun 27-dək davam edəcək.
İxtisas seçimindən müvəffəqiyyətlə keçən şəxslər bu müddət ərzində təhsil haqqında sənədin əslini, tibbi arayış, şəxsiyyət vəsiqəsinin surətini, 3x4 sm ölçüdə 4 ədəd fotoşəkil, hərbi mükəlləfiyyət barədə sənədi (hərbi mükəlləfiyyətlilər) qəbul olunduqları peşə təhsili müəssisəsinə təqdim etməlidirlər.
Qeyd edək ki, 8 808 nəfər peşə təhsili müəssisələrinə qəbul olunub.