16 12 2019-cu il Bakı 9 ℃
DM RADİO
Onlİne xəbər
15/12/2019
14/12/2019
13/12/2019

Mauro İkardi “Yuventus”la razılaşdı

13.08.2019

İtaliyanın "İnter” klubunun futbolçusu Mauro İkardi "Yuventus”a keçə bilər.
Argentinalı hücumçu "Napoli”, "Roma” və "Monako”ya keçməkdən imtina edib.
Buna səbəb onun məhz Turin klubuna keçmək istəyidir. M.İkardi "Yuventus”la şəxsi müqaviləsinin şərtlərini də razılaşdırıb. Yeni klubu ilə 5 illik müqavilə imzalayacaq cənubi amerikalı ildə 8 milyon avro qazanacaq. Lakin bu rəqəm bonuslar hesabına daha da arta bilər.
M.İkardinin keçidinin gerçəkləşməsi üçün "Yuventus”un "İnter”in istədiyi məbləği ödəməsi lazımdır. Turinlilər Paulo Dibala və Mario Mancukiçin transferindən əldə olunacaq vəsaiti yeni oyunçunun keçidinə xərcləmək niyyətindədir.

Təqvim


KİVDF