25 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rus təyyarəsi bu ölkəyə girdi - ATƏŞ AÇILDI

23.07.2019

Cənubi Koreyanın Qərargah Rəislərinin Birləşmiş Komitəsi Rusiya Hərbi Kosmik Qüvvələrini ölkənin hava məkanını pozmaqda ittiham edib.
Komitə Rusiya hərbi təyyarəsinin Yapon dənizi istiqamətində ölkənin hava məkanını iki dəfə pozduğunu bildirib.
Rusiya təyyarəsinin Cənubi Koreyaya girməsiylə əlaqədar rəsmi Seul havaya F-15K və F-16K təyyarələrini qaldırıb. Bununla bərabər təyyarələr siqnal raketləri buraxıb və xəbərdarlıq atəşi açıblar. Rus təyyarəsi Cənubi Koreya hava məkanında 6 dəqiqə qaldıqdan sonra ölkə ərazisini tərk edib. 18 dəqiqə sonra yenidən Cənubi Koreya hava məkanına daxil olan rus təyyarəsi bu dəfə burada 4 dəqiqə qalıb.
Cənubi Koreya Müdafiə Nazirliyi yaranan insidentlə bağlı Rusiya səfirinə Seulun etirazını çatdıracağını vurğulayıb.