25 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Məşhur basketbolçu travma aldı

23.07.2019

Ötən gün XV Avropa Gənclər Yay Olimpiya Festivalı məkanlarında növbətçilik çəkən təcili tibbi yardım briqadalarına idmançılar tərəfindən ümumilikdə 6 müraciət olub.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, müraciətlərin 5-i kiçik travmalarla əlaqəli olduğundan həkimlər idmançılara yerindəcə yardım ediblər. 18 yaşlı türkiyəli basketbolçu qız isə sol diz oynağının travması ilə müraciət edib. O, təcili tibbi yardım briqadası tərəfindən yardım aldıqdan sonra Kliniki Tibbi Mərkəzə aparılıb. Basketbolçu qıza yardım edildikdən sonra evə buraxılıb. Hazırda onun vəziyyəti normaldır.