19 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Rusiya bu qaydaları sərtləşdirib

22.07.2019

Rusiya hökuməti xarici ölkələrdən meyvə-tərəvəz və gül gətirilməsi qaydalarını sərtləşdirib. 
Azərtac-ın TASS informasiya agentliyinə istinadən verdiyi xəbərə görə, yeni qaydalar avqustun 19-dan qüvvəyə minəcək. Bu tarixdən etibarən avtomobillərin baqaj hissəsində və çantalarda fitosanitar sertifikatı olmadan 5 kq-dan artıq meyvə-tərəvəz, habelə üç dəmət gül ölkənin ərazisinə buraxılmayacaq. Müvafiq hökumət qərarı iyulun 19-da hüquqi informasiya barədə internet portalında yerləşdirilib.
Qərarda bildirilir ki, daha çox meyvə-tərəvəz və gül aparmaq istəyənlər fitosanitar xidmətdən sertifikat almalıdırlar. Əks halda göstərilən normalardan artıq məhsullar geri qaytarılacaq, yaxud mal sahiblərinin hesabına məhv ediləcək. Yeni qaydalar bütün nəqliyyat növlərinə, o cümlədən hava, su, dəmir yolu və avtomobil nəqliyyatına aid ediləcək. Eyni zamanda, Avrasiya İqtisadi İttifaqının üzvü olmayan ölkələrin gəmiləri və təyyarələrinin ekipajları, vaqon-restoranlar, həmçinin poçt şöbələri də bu qaydalara tabe tutulacaq.
"Rosselxoznadzor”un mətbuat xidmətinin məlumatına görə, bu qərar Avrasiya İqtisadi İttifaqının qəbul etdiyi normalar əsasında qəbul edilib. Qeyd olunub ki, bu qadağalar əvvəllər yalnız toxum materialları və kartofa aid edilirdi.