26 04 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"Qarabağ"ın rəqibi müəyyənləşdi + FOTO

22.07.2019

"Qarabağ"ın Çempionlar Liqasındakı potensial rəqibi müəyyənləşdi
"Qarabağ"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki potensial rəqibi bəlli olub.
Xəbər verildiyi kimi, Ağdam təmsilçisi II raundda "Dandolk” (İrlandiya) səddini keçəcəyi təqdirdə, "Sutyeska” (Monteneqro) / APOEL (Nikosiya, Kipr) cütünün qalibi ilə üz-üzə gələcək. İlk oyunlar 6-7 avqustda, cavab qarşılaşmaları isə 13 avqustda olacaq.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv "Dandolk”la iyulun 24-də səfərdə, iyulun 31-də isə evdə qarşılaşacaq. Ölkə çempionu I təsnifat mərhələsində "Partizani”dən güclü olub (0:0, 2:0).a