26 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

MKİ-nin 17 casusu ələ keçdi

22.07.2019

İran ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin 17 casusunu yaxalayıb.
Xəbər verildiyi kimi, bu məlumatı İran Kəşfiyyat Nazirliyi yayıb. Məlumata görə, yaxalanan şəxslərin hamısı MKİ tərəfindən ölkə daxilində təlim verilərək yetişdirilib.
Ələ keçirilən casusların iqtisadi, nüvə, infrastruktur, hərbi və kiber sahələrdə, eləcə də xüsusi əhəmiyyət kəsb edən özəl sektorda çalışdığı və burada gizli məlumatlar topladığı bildirilib. Yaxalanan casusların bir qisminin ölüm hökmünə məhkum edildiyi vurğulanıb.
Qeyd edək ki, ötən gün bu barədə danışan Kəşfiyyat naziri Mahmud Ələvi onların sayı və barələrindəki hökmlə bağlı bu gün məlumat yayılacağını bildirmişdi.