25 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Kanal D

thumb
Başlama tarixi - 19 dekabr 1993 (əsas yayım)
Şirkət - Doğuş Yayım Qrupu (1993-1994)
Doğan Yayım Holdinq (1994-h.h.)
Sahibi - Aydın Doğan (1994-h.h.)
Rəhbərlik - İrfan Şahin

Tarixçə
Kanal D, Ayxan Şəhənk - Aydın Doğan ortaqlığı ilə təsis edilmişdir. O dövrdə Türkiyədə Interstar, Show TV, Flash TV, HBB, Kanal 6, Samanyolu TV, TGRT və ATV (Türkiyə) olmaqla 9 özəl-ümumrespublika telekanalı var idi. 10-cu ümumrespublika telekanalı olan Kanal D, 16 sentyabr 1993-cü il tarixində test yayımına başlamış, 19 dekabr 1993-cü il tarixində isə əsas yayıma keçmişdir. Kanalın hissələri 1994-cü ildə Aydın Doğana verildi. Həmin il kanalın nişanəsi dəyişdi. 2004-cü ildə rəqəmsal yayıma keçmişdir. Baş qərargahı Almaniyada olan Euro D, kanalın, Türkiyə xaricindəki ilk şöbəsidir. Kanalın ikinci şöbəsi isə Rumıniyada yerləşir. Kanal D həmçinin Türkiyədə HD yayıma keçən ilk milli televiziya kanalı olmuşdur. 5 sentyabr 2005-ci ildən 15 yanvar 2013-cü ilə qədər telekanlın əsas xəbər buraxılışını və "32-ci gün" verilişini məşhur jurnalist Məmməd Əli Birand təqdim etmişdir.