19 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

FOX Tv

thumb
Başlama tarixi - 24 fevral 2007
Şirkət - News Corporation
Sahibi - Rupert Murdoch

FOX — "News Corporation" adlı şirkətin tabeliyində olan, Türkiyədə yayımlanan televiziya kanalıdır. TGRT kanalının bağlanmasından sonra həmin kanalın tezliyində 24 fevral 2007 tarixində yayıma başlamışdır.

Tarixçə
"TGRT" İhlas Holdinqin tabeliyində olan "Huzur Radyo TV A.Ş." şirkətinə aid telekanal idi. 17 dekabr 2004-cü ildə İhlas Holdinq kanalın satıldığını açıqladı. Nəticədə şirkətin 56.5%-i satılmış oldu. "TGRT" kanalını satın alan ABŞ-ın media şirkətlərindən biri "News Corporation"ın sahibi Rupert Keit Murdoç idi. Daha sonra "News Corporation" digər hissədarları ilə də razılaşaraq bu şirkətin bütün hissələrini satın aldı. İhlas Holdinq "TGRT" kanalını satsa da, "TGRT Haber" və "TGRT Belgesel" kanallarını satmadı. "News Corporation" şirkəti bu işi Ahmet Ertegün vasitəsilə həll etdi. Ahmet Ertegünün "Atlantic Records" şirkəti ilə xatırlanan şirkət 2007-ci ilin fevralından etibarən "FOX" adı ilə icarəyə götürülən, əvvəl "Ət və Balıq Qurumu"na aid olan binadan yayımlanır.

Məhşur Smackdown ilə Raw bu kanalda yayımlanmışdı və daha sonra "SmartSpor HD" kanalına keçmişdi. Hər iki şounun da aparıcıları Bülent Ülgen ve Ali Aydın idi.

19 may 2009-cu ildə yeni qrafikaları və introları ilə yeni yayım dövrünə keçmişdir. Həmçinin 2010-cu ildə "İtaliya A Seriyası"nın yayım hüquqlarını da satın almışdır. Lakin ayda 1-2 qarşılaşma yayımlanırdı.

"FOX"da yayımlanmış Beşiktaş-Fenerbahçe qarşılaşmasında 70 markanın 201 reklamı 35 dəqiqə ərzində ekranda yer yayımlanmışdı. Oyunun vacib anlarını reklamlara görə izləməkdə çətinlik çəkən tamaşaçıların narahatlığına qəzet yazarları da dəstək vermişdi. Həmin reklam strategiyası bir çox qəzetdə sərt tənqid hədəfi olmuşdu.

"FOX Ana Haber"i həftə içi Nazlı Tolga təqdim etmişdi. 2 sentyabr 2013-cü ildən etibarən "FOX Ana Haber"i həftə içi Fatih Portakal, həftə sonu isə Gülbin Tosun təqdim edir.

22 fevral 2017-ci il tarixində Azərbaycanda yayımı qadağan edilmişdir.