Prezident İlham Əliyevin Çinə işgüzar səfəri başa çatıb VİDEO

Web TV03.09.2025 08:43

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına işgüzar səfəri sentyabrın 3-də başa çatıb.

AZƏRTAC xəbər verir ki, Pekin Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı rəsmi şəxslər yola saldılar.